Dünya · Bizim.Media

Seçkidə məğlub olsa da, özünü prezident ELAN ETDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Seçkidə məğlub olsa da, özünü prezident ELAN ETDİ xəbəri üçün şəkil

Braziliyada prezidentliyə keçmiş namizəd Flaviu Bolsonaro özünü seçkilərin qalibi hesab etdiyini və xaricdən siyasi mübarizəni davam etdirəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, o, “X” sosial şəbəkəsində paylaşdığı müraciətində seçkilərin “saxtalaşdırıldığını” iddia edərək beynəlxalq ictimaiyyəti ölkədə baş verənlərə laqeyd qalmamağa çağırıb.

Flaviu Bolsonaro Braziliya azad ölkəyə çevrilənədək siyasi mübarizəsini davam etdirəcəyini vurğulayıb. O, ABŞ-yə getməsini Şarl de Qoll və Xose Marti kimi tarixi şəxsiyyətlərin taleyi ilə müqayisə edib.

“Efe” agentliyinin məlumatına görə, Bolsonaro seçkilərin ədalətsiz keçirildiyinə dair heç bir sübut təqdim etməyib. Braziliyanın bütün siyasi partiyaları, o cümlədən onun namizədliyini irəli sürən Liberal Partiya səsvermənin nəticələrini tanıyıb.

Qeyd edək ki, bazar günü keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva yenidən prezident seçilib. Flaviu Bolsonaro məğlubiyyətini qəbul etməyərək ABŞ-yə gedib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑