Cəmiyyət · Bizim.Media

Saxta bilet satışı ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Saxta bilet satışı ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO xəbəri üçün şəkil

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “iTicket.az” platformasının adından istifadə edilməklə yaradılan saxta sosial şəbəkə səhifələri və veb-resurslar vasitəsilə həyata keçirilə biləcək dələduzluq halları ilə bağlı vətəndaşları diqqətli olmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
 

Qeyd edilib ki, belə səhifələr vasitəsilə istifadəçilərə saxta bilet satışları və müxtəlif kampaniyalar təklif edilə, onların bank kartı məlumatları və digər həssas məlumatları ələ keçirilməyə cəhd göstərilə bilər.


MKA vətəndaşlara biletləri yalnız “iTicket.az” platformasının rəsmi veb-saytı və təsdiqlənmiş satış kanalları vasitəsilə əldə etməyi, sosial şəbəkələrdə yayılan şübhəli bilet satış elanlarına və həddindən artıq sərfəli təkliflərə ehtiyatla yanaşmağı tövsiyə edir. 

Həmçinin ödəniş etməzdən əvvəl veb-saytın və sosial şəbəkə səhifəsinin həqiqiliyinin yoxlanılması, fərdi və maliyyə məlumatlarının şübhəli resurslarda paylaşılmaması, belə hallarla qarşılaşdıqda isə müvafiq platformaya məlumat verilməsi tövsiyə olunur.


Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑