Cəmiyyət · Bakupost.az

Şagird pəncərədən yıxılıb öldü, psixoloqlar cəlb olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şagird pəncərədən yıxılıb öldü, psixoloqlar cəlb olundu xəbəri üçün şəkil

Bakının Yasamal rayonunda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb edilib.


Bu barədə "Bakupost"a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri 225 nömrəli tam orta ümumtəhsil məktəbində olublar. Məktəbdə tədris prosesinin normal axarına qayıtması, baş vermiş hadisənin digər şagirdlərdə yarada biləcəyi narahatlıq və emosional gərginliyin aradan qaldırılması məqsədilə təhsil müəssisəsinə psixoloqlar və müvafiq mütəxəssislər də cəlb edilib. Şagirdlərlə dəstəkləyici psixoloji söhbətlər aparılıb, onlara zəruri psixoloji dəstək göstərilib.
Qeyd edək ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi məktəbin 4-cü mərtəbəsindən yıxılaraq ölüb
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑