İdman · Bizim.Media

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ xəbəri üçün şəkil

Çexiyanın “Slaviya” klubunun baş məşqçisi Yindrjix Trpişovski Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda “Sabah”a 0:2 hesablı məğlubiyyəti şərh edib.

Bizim.Media xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından narazı qaldığını bildirib:
 

“Matçı düzgün keçirmədik. Xüsusilə də birinci hissəni. Baxmayaraq ki, ilk hissə 0:0 hesabı ilə başa çatdı. Bunun bir çox səbəbi var. Səhvlərə yol verməməli idik. Amma səhvlər etdik, özümüz də qol vura bilmədik. Niyə alınmadığını bilmirəm. Ola bilsin, müxtəlif mövqelərdə zəif oynadıq. Rəqibin pressinqi ilə üzləşdik, toplar itirdik.


İkinci hissədə rəqib təzyiq göstərdi. “Sabah” bizi meydanın mərkəzində üstələdi. Futbolçularım çox məyusdurlar. Biz maksimum gücümüzü ortaya qoyduq”.

Trpişovski “Sabah”la oyunun Fransanın “Lans” klubuna qarşı əvvəlki matçdan nə ilə fərqləndiyi barədə sualı da cavablandırıb:

“Hansısa səbəbdən məğlub olduq. Zəif tərəflərimiz var. Düşünürdüm ki, qol imkanları yaradıb qalib gələ biləcəyik.

Amma ən yaxşı oyunumuzu göstərmədik. Rəqib qalib gəlməyi sevir. Cərimə meydançasında ağıllı davranmaq lazımdır.

Oyunun gedişində vəziyyəti dəyişmək futbolçuların fərdi ustalığından asılıdır. Yaşadığımızı yaşadıq. Bir çox məsələyə toxunmaq istəmirəm. Favorit sayılmaq üçün şansımız azdır. “Lans”la oyuna yaxşı hazırlaşmışdıq. Amma bu matçda gözlədiklərimi görə bilmədim”.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑