Dünya · Bizim.Media

Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixi açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixi açıqlandı xəbəri üçün şəkil

Rusiya, ABŞ və Ukrayna arasında işçi qrupları səviyyəsində üçtərəfli danışıqlar 10–11 noyabr tarixlərində Əbu-Dabidə (BƏƏ) keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkəsində məlumat yayıb.
 

"Birləşmiş Ştatlar Prezident Trampın müharibəni başa çatdırmaq səylərini irəli apararaq, 10–11 noyabr tarixlərində Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi qrupları səviyyəsində danışıqlarda vasitəçi kimi çıxış edəcək", - o yazıb.


Uitkoffun sözlərinə görə, görüşdə əsas diqqət müharibədən sonrakı təhlükəsizlik, deeskalasiya, humanitar təşəbbüslər və sülh yolu ilə nizamlanma istiqamətində gələcək addımlara dair razılaşmalara ayrılacaq.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑