Dünya · Bizim.Media

Bu şəhər turizmin bütün rekordlarını qırır: Orta əsr gözəlliyi, ucuz pivə...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu şəhər turizmin bütün rekordlarını qırır: Orta əsr gözəlliyi, ucuz pivə... xəbəri üçün şəkil

Almaniyanın Saksoniya əyalətində yerləşən Xemnits şəhəri turistlərin yeni sevimli məkanına çevrilib. Orta əsrlərə aid tarixi abidələri, sakit küçələri və digər Almaniya şəhərləri ilə müqayisədə münasib qiymətlərinə görə seçilən şəhərə turist axını sürətlə artır.

Bizim.Media xəbər verir ki, Travel Off Path nəşrinin məlumatına görə, 2025-ci ildə turistlər Xemnitsdə təxminən 743 min gecələmə həyata keçiriblər.

Bu, əvvəlki illə müqayisədə 24 faiz çoxdur və şəhər üçün mütləq rekord sayılır. Həmin il Xemnits İtaliyanın Qoritsiya şəhəri ilə birlikdə Avropanın Mədəniyyət Paytaxtı fəxri statusunu da alıb.

Əvvəllər Karl-Marks-Ştadt adlanan şəhər Almaniya Demokratik Respublikasının tərkibində ölkənin əsas sənaye mərkəzlərindən biri olub. Bu gün isə keçmiş fabrik və sənaye binaları mədəniyyət mərkəzlərinə, kafelərə və yaradıcılıq məkanlarına çevrilib.

Şəhərin görməli yerləri arasında tarixi bazar meydanı, XIV əsrə aid Müqəddəs Yakov kilsəsi, XII əsrdə inşa edilmiş Qırmızı qala, Opera teatrı və Rabenshteyn qəsri var. Şlossberq rayonu isə daş döşənmiş küçələri, qədim yarımtaxta evləri və kilsəsi ilə turistlərin diqqətini çəkir.

Xemnitsin üstünlüklərindən biri də münasib qiymətlərdir. Burada ucuz restoranda nahar təxminən 17 dollar, iki nəfərlik şam yeməyi 67 dollar, yarım litr pivə 4,5 dollar, kapuçino isə 4 dollara başa gəlir. Büdcəli oteldə bir gecəlik qalmaq təxminən 90 dollardır.

Nəşrin müəllifi şəhəri təhlükəsiz hesab etsə də, gecə saatlarında mərkəzi dəmiryol vağzalı ətrafında və bəzi ucqar məhəllələrdə ehtiyatlı olmağı tövsiyə edir. Turistlərə şəhərin mərkəzində, Kessberq və ya Şlossberq rayonlarında qalmaq məsləhət görülür.

Xemnitsin maraqlı məkanlarından biri də keçmiş sənaye binasında fəaliyyət göstərən Weltecho mədəniyyət məkanıdır. Burada qalereya, kafe, müəllif filmləri nümayiş etdirən kinoteatr və klub fəaliyyət göstərir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑