Dünya · Bizim.Media

Rubiodan F-35 qırıcılarının Türkiyəyə verilməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubiodan F-35 qırıcılarının Türkiyəyə verilməsi ilə bağlı AÇIQLAMA xəbəri üçün şəkil

ABŞ-ın dövlət katibi Marko Rubio "Kathimerini" qəzetinə müsahibəsində bəyan edib ki, Türkiyə rus istehsalı olan "S-400" zenit-raket kompleksləri problemini həll etməyincə, Vaşinqton Ankaraya F-35 qırıcılarını təhvil verə bilməz.

Bizim.Media xəbər verir ki, barədə xarici KİV yazıb.

Rubio xatırladıb ki, ABŞ-ın Milli Müdafiə haqqında qanunu silah ixracına dair sərt qaydalar müəyyənləşdirir.

Onun sözlərinə görə, bu barədə Türkiyə tərəfinə məlumat verilib və onlar problemi həll etməyə çalışırlar. Əsas hüquqi maneə məhz "S-400" sistemləridir.

Sentyabrın sonunda Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın məsələ ilə bağlı bütün tərəflərlə danışıqlar apardığını bildirib. Daha əvvəl isə müdafiə nazirliyindən bildirilib ki, Türkiyə ABŞ sanksiyalarından qurtulmaq və "F-35" proqramına qayıtmaq üçün "S-400"lərin üçüncü tərəfə ötürülməsi variantlarını nəzərdən keçirir.

Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollara "S-400" alıb, ilk sistemlər 2019-cu ildə ölkəyə gətirilib.

Bundan sonra ABŞ Türkiyəni F-35 proqramından kənarlaşdırıb və 2020-ci ildə sanksiyalar tətbiq edib. Lakin iyul ayında NATO sammitində ABŞ lideri Donald Tramp məhdudiyyətlərin qaldırıla biləcəyinə işarə edib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑