Polşanın cənub-qərbində yerləşən Aşağı Sileziya voyevodalığının (voyevodluq -Polşanın inzibati ərazi bölgüsündə ən böyük inzibati vahidlərdən biridir-red.) polis əməkdaşları Rusiya vətəndaşı olan 55 yaşlı kişini saxlayıb. O, Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının iddiasına görə, 55 yaşlı kişi Svidnitsa şəhərində dəmir yolu infrastrukturuna aid obyektlərin fotoşəkillərini çəkib.
Məhkəmə Rusiya vətəndaşının üç ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
Bizim.Media
Polşada Rusiyaya casusluqda şübhəli bilinən şəxs həbs olundu

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

