Dünya · Bizim.Media

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu Trampa təşəkkür etdi - VİDEO xəbəri üçün şəkil

İsrailin Baş naziri Binyamin Netanyahu növbəti parlament seçkiləri ərəfəsində göstərdiyi genişmiqyaslı dəstəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib. 

Bizim.Media xəbər verir ki, İsrail hökumətinin rəhbəri Amerikanın liderliyi ilə birgə Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin həllini başa çatdıracaqlarını bəyan edib.

Netanyahu vurğulayıb ki, tərəflər birgə böyük nəticələr əldə ediblər və önümüzdəki iki il ərzində başlanmış iş tamamlanaraq İranın nüvə proqramı tam şəkildə ləğv ediləcək.

Seçicilərə müraciət edən İsrail Baş naziri ölkənin siyasi gələcəyini və təhlükəsizlik prioritetlərini sərt seçimlə qarşı-qarşıya qoyub:
 

"Ya sağçılar — ya Fələstin. Ya sağçılar — ya nüvə proqramı".   


Netanyahu İsrail xalqını Trampın xəbərdarlıqlarına qulaq asmağa çağırıb.

O bildirib ki, Tehrandan gələn təhdidlərin tam aradan qaldırılması yalnız mövcud strateji tərəfdaşlığı davam etdirmək lazımdır.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑