Dünya · Bizim.Media

Maskın yeni PLANI: Uçan maşın şüurlu olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Maskın yeni PLANI: Uçan maşın şüurlu olacaq xəbəri üçün şəkil

Ötən gün təqdimatı olan “Roadster” uçan idman avtomobili şüura malik olacaq və avtonom rejimdə müxtəlif fəndləri yerinə yetirə biləcək.

Bizim.Media xəbər verir ki, bu vədlə Amerikalı milyarder İlon Mask çıxış edib.

Onun sözlərinə görə, istifadəçilər avtomobildən nümayiş etdirilən istənilən fəndi avtonom rejimdə yerinə yetirməsini istəyə biləcəklər.

Qeyd edək ki, ötən gün Amerikanın “Tesla” şirkəti yeni uçan elektrik avtomobili “Roadster”i təqdim edib. Avtomobil havada çevrilmək qabiliyyətinə malikdir və saatda 100 kilometr sürətə bir saniyədən az müddətdə çatır.

Maksimal sürəti isə saatda 370 kilometrdir. “Tesla” idman avtomobilinin üç versiyasını təqdim edib.  

Şirkət avtomobilin seriya istehsalına 2028-ci ildə başlamağı planlaşdırır.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑