Dünya · Bizim.Media

Kipr sahillərində batan gəmidən 10 dənizçi xilas edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kipr sahillərində batan gəmidən 10 dənizçi xilas edildi xəbəri üçün şəkil

Tanzaniya bayrağı altında üzən ticarət gəmisi Kipr sahillərində batıb. Hadisə oktyabrın 30-da axşam saatlarında Pafos şəhərindən təxminən 166 kilometr qərbdə baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Birgə Xilasetmə Əməliyyatları Koordinasiya Mərkəzi (JRCC) məlumat yayıb.
 

Gəmidə olan 10 dənizçi saat 20:15 radələrində Larnaka koordinasiya mərkəzinə qəza siqnalı göndərib. Yardıma helikopter, dəniz polisi katerı və yaxınlıqda olan Panama bayrağı altında üzən “MSC Hannah III” ticarət gəmisi cəlb edilib.


Bütün ekipaj üzvləri xilas edilərək Limassol limanına çatdırılıb. Həkim müayinəsindən sonra onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Kipr Xarici İşlər Nazirliyi hadisə barədə müvafiq səfirlikləri məlumatlandırıb.


Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑