Cəmiyyət · Bizim.Media

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU xəbəri üçün şəkil

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) 12.10.2026-cı il tarixində saat 13:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
 

Qeyd edək ki, bu gün Gəncədə zəncirvari yol qəzası baş verib. Hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Opel” və “Chevrolet Trax” markalı minik avtomobilləri yolayrıcında toqquşub.


Zərbənin təsirindən “Opel” avtobus dayanacağına çırpılaraq orada dayanan kişini vurub. Daha sonra avtomobil yol kənarında dayanmış “Chevrolet Cruze” markalı maşına çırpılıb.

Fəridə, Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑