Cəmiyyət · Bizim.Media

Dağıstanın Azərbaycanla həmsərhəd 5 rayonunda karantin elan edildi – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dağıstanın Azərbaycanla həmsərhəd 5 rayonunda karantin elan edildi – FOTO xəbəri üçün şəkil

Dağıstanın Azərbaycanla həmsərhəd beş rayonunda qəhvəyi mərmər bağacığına qarşı karantin zonası yaradılıb.

Bu barədə Bizim.Media-ya Şimal xəbərləri qəzetinin redaktoru Müqəddəs Mehdiyev məlumat verib.
 

Bildirilib ki, Dağıstanın cənubunda yerləşən Məhərrəmkənd, Dərbənd, Süleyman Stalski, Tabasaran və Xiv rayonlarında təhlükəli zərərverici olan qəhvəyi mərmər bağacığının aşkarlanması ilə əlaqədar karantin-fitosanitar zonası müəyyən edilib.


Qeyd edək ki, qəhvəyi mərmər bağacığı Azərbaycanın sərhədyanı Xaçmaz və Qusar rayonlarında da geniş yayılıb. Ən kritik vəziyyət Xaçmaz rayonunda müşahidə olunur.

Zərərvericilər evlərə və məktəblərə dolur, sakinlər isə bu çağırılmamış qonaqlardan primitiv üsullarla yaxa qurtarmağa çalışırlar.

Aidiyyəti dövlət qurumları zərərvericiyə qarşı mübarizə tədbirlərini davam etdirir.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑