Cəmiyyət · Bizim.Media

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO xəbəri üçün şəkil

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza şəhərin N. Nərimanov prospektində, Göz xəstəxanasının yaxınlığında, yol ayrıcında baş verib. 

Şahidlərin sözlərinə görə, hərəkətdə olan “Tofas Sahin” və “Saipa Saina” markalı avtomobillərin toqquşması zamanı hər iki avtomobil zərbənin təsirindən yol kənarına çırpılıb.  

Hadisə zamanı avtomobillərə ciddi ziyan dəysə də xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qəza baş verən əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑