Cəmiyyət · Bizim.Media

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO xəbəri üçün şəkil

Paytaxtın Səbail rayonu, Qurban Abbasov küçəsi, 13 ünvanında yerləşən, 100 ildən çox yaşı olan binada yaşamaq sakinlər üçün sözün əsl mənasında təhlükəyə çevrilib.

Bizim.Media  xəbər verir ki, sakinlər bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Bildirilib ki, binanın taxta konstruksiyalarının hissələri qoparaq yerə düşür, divarlarda isə dərin çatlar yaranıb. Hətta bəzi yerlərdə konstruksiyaların bir-birindən aralandığı müşahidə olunur.

Sakinlərin sözlərinə görə, binanın hazırkı vəziyyəti onların giriş-çıxışı zamanı təhlükə yaradır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həll olunmadığını deyən sakinlər qorxu içində yaşadıqlarını bildiriblər.
 

"Bina uçulub-dağılır, yağış yağanda evlərimizi su basır. Həyətdə iri siçovullar və birələr var. Heç kim vəziyyətlə maraqlanmır. Bütün aidiyyəti qurumlara şikayət etmişik. Həqiqətən də, çox təhlükəli şəraitdə yaşayırıq. Hər an başımıza taxta parçası düşə bilər. Binanın 123 yaşı var. Ya söksünlər, ya da əsaslı təmir edib yeniləsinlər. Biz də insanıq, normal yaşamaq istəyirik", - sakinlərdən biri bildirib.


Digər sakin isə binanın vəziyyətinə görə hətta evdən çıxmağa belə çəkindiklərini deyib.

"Evdən çölə çıxa bilmirik. Külək əsəndə, yağış yağanda qorxuruq ki, yuxarıdan taxta düşəcək, ya da bina uçacaq", - deyə o əlavə edib.


Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑