Dünya · Bizim.Media

Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanıldı - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanıldı - VİDEO xəbəri üçün şəkil

Fransada oktyabrın 24-də baş verən kütləvi iğtişaşlar zamanı və onlardan sonra 1 300-dən çox şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Le Figaro" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.

Paris Polis Prefekturasının məlumatına görə, paytaxtda 142 nəfər saxlanılıb, onlardan 126-sı barəsində həbs qətimkan tədbiri seçilib.

Oktyabrın 24-də keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı oktyabrın 17-də baş tutan əvvəlki aksiyanın göstəriciləri ilə müqayisəolunan olub. Bununla belə, gücləndirilmiş təhlükəsizlik tədbirləri sayəsində iğtişaşların nəticələri daha az ağır olub.
 

Parisdə talançıların hərəkətləri nəticəsində bir mağazaya ziyan dəyib. Bundan başqa, polis iğtişaş iştirakçılarının avtomobil salonuna daxil olmaq cəhdinin qarşısını alıb.


Fransa üzrə 24 talançılıq hadisəsi qeydə alınıb. Halbuki bir həftə əvvəl 1 500 ticarət obyektinə hücum edilmişdi. Bununla yanaşı, çoxsaylı mağazalara ziyan dəyib. İğtişaşların qarşısının alınması zamanı 53 polis əməkdaşı xəsarət alıb.

Fransanın daxili işlər naziri Loran Nünez bildirib ki, etiraz aksiyalarının azı iki iştirakçısı ağır yaralanıb.


Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑