Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (FKƏDƏŞ) daxil olan ölkələr region dövlətlərinə edilən hücumlara görə tam məsuliyyəti İranın üzərinə qoyub və Tehrandan dəymiş ziyanın ödənilməsini tələb ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın Nazirlər Şurasının 168-ci iclasının yekun bəyanatında bildirilir.
Şura BMT Təhlükəsizlik Şurasını və beynəlxalq birliyi BMT-nin İnsan Hüquqları Şurasının 2026-cı il 61/1 nömrəli qətnaməsinə uyğun olaraq İranı dəymiş bütün ziyanı tam şəkildə ödəməyə məcbur etməyə çağırıb.
FKƏDƏŞ ölkələrinin xarici işlər nazirləri İran və onun müttəfiqləri tərəfindən Şura üzvü olan dövlətlərin və İordaniyanın ərazisinə raket və pilotsuz uçuş aparatları ilə edilən davamlı zərbələri qətiyyətlə pisləyiblər.
Bəyanatda vurğulanır ki, bu hücumların hədəfi mülki obyektlər, yaşayış massivləri və diplomatik missiyalar olub ki, bu da ciddi maddi ziyana və dinc sakinlərin təhlükəsizliyinə gətirib çıxarıb.
Ərəb monarxiyaları Tehranın öz əməllərinə bəraət qazandırmaq cəhdlərini rədd edərək bütün hücum, təxribat və hədələrin dərhal və qeyd-şərtsiz dayandırılmasını tələb ediblər.
Bizim.Media






