İdman · Bizim.Media

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azarkeşlər son anda qadağa ilə üzləşdi xəbəri üçün şəkil

Fransa hakimiyyət orqanları “Olimpiakos” azarkeşlərinin UEFA Avropa Liqasında “Marsel”lə keçiriləcək səfər oyununa getməsinə icazə verməyib.

Bizim.Media xəbər verir ki, Yunanıstan klubu qərarın oyuna cəmi bir gün qalmış verilməsindən narazılığını bildirib.
 

“Olimpiakos”un açıqlamasına görə, klub son bir ay ərzində “Marsel”, UEFA və yerli polis orqanları ilə əməkdaşlıq edib. Bu müddətdə azarkeşlərin səfərinə qadağa qoyulacağı barədə heç bir məlumat verilməyib. Klub Fransa hakimiyyətinin qərarından yalnız oyundan bir gün əvvəl, qeyri-rəsmi şəkildə xəbər tutub.


Yunanıstan təmsilçisi qərarın ictimai asayiş və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə verildiyini bildirsə də, qadağanın son anda elan edilməsini qəbuledilməz hesab edib.

“Olimpiakos” UEFA-ya rəsmi etiraz göndərib. Klub həmçinin qadağa səbəbindən maddi itkilərlə üzləşən azarkeşlərə kompensasiya ödənilməsi imkanının araşdırılmasını tələb edib.

Qeyd edək ki, “Marsel” - “Olimpiakos” qarşılaşması oktyabrın 15-də keçiriləcək.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑