Dünya · Bizim.Media

Almaniya da əhalini 10 günlük ərzaq və su ehtiyatı toplamağa ÇAĞIRDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniya da əhalini 10 günlük ərzaq və su ehtiyatı toplamağa ÇAĞIRDI xəbəri üçün şəkil

Almaniyada əhaliyə fövqəladə hallar üçün 10 günə kifayət edəcək ərzaq və su ehtiyatı yaratmaq tövsiyə olunur. 

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, həmçinin dərmanlar, ilk yardım çantası və radioqəbuledici olan fövqəladə vəziyyət çantası hazırlamaq məsləhət görülür. 

Pasport və təhsil sənədləri də daxil olmaqla vacib sənədlərin ayrıca qovluqda saxlanılması tövsiyə edilir. Tövsiyələr elektrik enerjisinin kəsilməsi, daşqınlar və güclü fırtınalar da daxil olmaqla müxtəlif fövqəladə vəziyyətlərə aiddir.

Rəsmi açıqlamalarda bu tədbirlərin yaxın zamanda müharibə başlayacağı təhlükəsi ilə əlaqəli olmadığı bildirilir.

Qeyd edək ki, Böyük Britaniya hakimiyyəti vətəndaşları fövqəladə vəziyyətlərə hazır olmaq üçün üç günə, yəni 72 saata kifayət edəcək su, uzun müddət saxlanıla bilən ərzaq və dərman ehtiyatı toplamağa çağırıb. 

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑