Dünya · Bizim.Media

ABŞ ordusu İranın Qeşm adasına zərbə endirdi - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ ordusu İranın Qeşm adasına zərbə endirdi - Video xəbəri üçün şəkil

ABŞ qüvvələri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, adada baş verən partlayışlar barədə daha əvvəl İranın IRNA agentliyi məlumat yayıb.

ABŞ rəsmiləri zərbələri müdafiə xarakterli addım kimi qiymətləndirərək məqsədin İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını məhdudlaşdırmaq olduğunu bildiriblər.

Məlumata görə, ABŞ tərəfi genişmiqyaslı hərbi əməliyyatların bərpası təəssüratı yaratmamaq üçün zərbələr barədə rəsmi açıqlama verməyib. ABŞ Mərkəzi Komandanlığı da hadisə ilə bağlı hələlik məlumat yaymayıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının vurulduğunu və ələ keçirildiyini iddia edib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑