İdman · Bizim.Media

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi xəbəri üçün şəkil

Üç müxtəlif çəki dərəcəsində dünya çempionu olmuş, Beynəlxalq Boks Şöhrət Zalının üzvü, Puerto-Rikodan olan əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat edib.

Bizim.Media  bu barədə "The Ring" jurnalına istinadən xəbər verir.

Boksçunun ölüm səbəbi açıqlanmayıb. Oktyabrın 29-da onun 70 yaşı tamam olacaqdı.
 

Vilfredo Qomes peşəkar rinqdə 48 döyüş keçirib. O, bu döyüşlərin 44-də qələbə qazanıb, bunlardan 42-si nokautla başa çatıb. Boksçu üç dəfə məğlub olub, bir döyüşü isə heç-heçə ilə yekunlaşdırıb.


Qomes 1977-1983-cü illərdə ikinci ən yüngül çəki dərəcəsində, 1984-cü ildə yarımorta çəki dərəcəsində Ümumdünya Boks Şurasının (WBC), 1985-1986-cı illərdə isə ikinci yarımyüngül çəki dərəcəsində Ümumdünya Boks Assosiasiyasının (WBA) çempionluq kəmərinə sahib olub.

O, 1989-cu ildə peşəkar karyerasını başa vurub, 1995-ci ildə isə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑