İqtisadiyyat · BiG.az

Putinlə danışan avropalı lider: Fikrini dəyişdirməyəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinlə danışan avropalı lider: Fikrini dəyişdirməyəcək xəbəri üçün şəkil

"Finlandiya Prezidenti Aleksandr Stubbla birlikdə Rusiya Prezidenti Vladimir Putinlə apardığımız telefon danışığının məqsədi Kreml rəhbərinə həm Avropanın, həm də ABŞ-nin mövqeyini çatdırmaq idi".

Teleqraf xəbər verir ki, bunu Norveç Baş naziri Yonas Qar Stere deyib.

Baş nazir bildirib ki, o və Stubb Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması yollarına diqqət çəkib:

"Biz gələcəyə - müharibənin sonsuzadək davam etməməsi və insanların ölməməsi üçün nələrin baş verməli olduğuna diqqət yetirdik. Amma həll yolu tapmaq getdikcə çətinləşir".

Stere Putinin fikrini dəyişəcəyinə şübhə ilə yanaşdığını da qeyd edib: "Putinin fikrini dəyişəcəyini düşünmürəm, amma o, bizim mövqeyimizi çox aydın şəkildə eşidir. Məni narahat edən odur ki, amerikalılar onunla danışarkən bu mesajların bəziləri ona çatdırılmır".

Norveçin baş nazirindən Ukraynanın ərazi güzəştinə getmədən sülhün mümkün olub-olmadığı barədə də soruşulub:

"Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir. Ukrayna ərazisinin bir hissəsini itirdiyini tanıyan sazişi heç vaxt imzalamayacaq. Amma onun hazırkı cəbhə xəttini reallıq və başlanğıc nöqtəsi kimi qəbul edib-etməyəcəyi başqa məsələdir. Əsas sual isə sülh sazişi imzalandıqdan sonra ölkəyə hansı təhlükəsizlik təminatlarının verilə biləcəyidir. Putin bunun əsas məsələ olduğunu qəbul edir".

Oktyabrın 27-də Aleksandr Stubb və Yonas Qar Stere Vladimir Putinlə telefon danışığı aparıb. Ardınca Ukrayna Prezidenti Volodimir Zelenski Stubb və Stere ilə Putinlə telefon danışığını müzakirə edib.

"Financial Times"ın məlumatına görə, Rusiya lideri Finlandiya Prezidenti və Norveç Baş naziri ilə telefon danışığının böyük hissəsini onlara "orta əsrlər slavyan tarixi" barədə mühazirə oxumağa sərf edib.






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑