İqtisadiyyat · Banker.az

Tramp "Meta"nın 25 milyon dollara qədər dəyərində səhmlərini alıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp "Meta"nın 25 milyon dollara qədər dəyərində səhmlərini alıb xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp texnologiya şirkəti “Meta”nın 25 milyon dollara qədər dəyərində səhmlərini alıb.

Bu barədə “RIA Novosti” maliyyə hesabatına istinadən məlumat yayıb.

Hesabata görə, Tramp avqust ayında maliyyə aktivlərinin alqı-satqısı üzrə 517 əməliyyat həyata keçirib. Ən böyük sövdələşmə “Meta” şirkətinin səhmlərinin 5 milyon dollardan 25 milyon dollaradək məbləğdə alınması olub.

“CNBC” telekanalının hesabatın təhlilinə əsasən verdiyi məlumata görə, 18 səhifəlik sənəd Trampın investisiya portfelində yüksək fəallığın davam etdiyini göstərir.

Bununla belə, avqust ayında həyata keçirilən əməliyyatların sayı iyun və iyul ayları ilə müqayisədə azalıb. Belə ki, Tramp həmin aylarda hər birində 1 000-dən çox maliyyə əməliyyatı barədə məlumat açıqlamışdı.

Bundan əvvəl Trampa yaxın şəxslərin ABŞ-nin CNN telekanalını alması barədə məlumat yayılmışdı. CNN Trampı tənqid edən media qurumlarından biri kimi tanınır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑