Dünya · Banker.az

Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə bu ölkəyə qarşı yeni hərbi əməliyyatın keçirilə biləcəyini bildirib.

Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

ABŞ Prezidenti xatırladıb ki, 2025-ci ilin iyununda Amerika Silahlı Qüvvələri “Gecəyarısı çəkici” əməliyyatı çərçivəsində İranın uranın zənginləşdirilməsi obyektlərinə zərbələr endirib.

Onun sözlərinə görə, fevralın 28-də başlayan “Epik qəzəb” əməliyyatı zamanı da İrana qarşı hərbi tədbirlər həyata keçirilib.

“Ola bilsin, daha bir kiçik ‘Epik qəzəb’ əməliyyatı keçirək, yaxud onlar bizim şərtlərimizlə razılaşsınlar. Əgər ağıllıdırlarsa, sadəcə olaraq ‘Gəlin, məsələnin həllinə keçək’ deyəcəklər. Amma buna şübhə edirəm”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti mümkün yeni əməliyyatın vaxtı və miqyası barədə əlavə məlumat verməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑