Dünya · Banker.az

Türkiyə Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı ABŞ-yə təkliflər göndərib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı ABŞ-yə təkliflər göndərib xəbəri üçün şəkil

Türkiyə Qara dəniz vasitəsilə taxıl daşımalarının təhlükəsizliyinin təmin olunması ilə bağlı ABŞ-yə təkliflər təqdim edib.

Bunu ABŞ dövlət katibi Marko Rubio Atlantada keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Vaşinqton Türkiyənin təxminən bir neçə həftə və ya bir həftə əvvəl göndərdiyi təklifləri nəzərdən keçirir.

“Biz Türkiyənin bu məsələ ilə bağlı bizə göndərdiyi təklifləri öyrənirik”, – Rubio qeyd edib.

Dövlət katibi Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına bir sıra ölkələrin maraq göstərdiyini də bildirib.

Rubionun sözlərinə görə, Hindistan da bu istiqamətdə təkliflərlə çıxış edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑