Dünya · Banker.az

Pezeşkian ilk dəfə MDB dövlət başçılarının iclasına qatılacaq

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian ilk dəfə MDB dövlət başçılarının iclasına qatılacaq xəbəri üçün şəkil

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Türkmənistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında iştirak edəcək.

Bu barədə ölkə Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

“MDB tarixində ilk dəfə olaraq geniş tərkibli iclasa İran Prezidenti Məsud Pezeşkian dəvət edilib. O, həmçinin Xəzər ekologiya sammitində iştirak edəcək”, – Uşakov qeyd edib.

O deyib ki, Rusiya Prezidenti Vladimir Putin bu tədbirlərdə iştirak etmək üçün oktyabrın 8–9-da Türkmənistana işgüzar səfər edəcək.

Putinin MDB ölkələrinin liderləri ilə mümkün görüşlərini şərh edən Uşakov bildirib ki, Rusiya liderinin Türkmənistanda Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrıca görüşü planlaşdırılmır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑