Dünya · Banker.az

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb xəbəri üçün şəkil

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb.

Bu barədə o, “Channel 10” iqtisadi telekanalına verdiyi müsahibədə bildirib.

Sanksiyaların İsrail iqtisadiyyatına mümkün təsirləri barədə suala cavab verən Netanyahu belə bir perspektivdən narahat olduğunu etiraf edib.

Baş nazir, həmçinin bildirib ki, İsrail müdafiə büdcəsinə ABŞ yardımının dayandırılmasına hazırlaşmalıdır.

“On milyardlarla dollar Amerika yardımı müdafiə büdcəsinə sonsuza qədər daxil olmayacaq. Çünki Amerika dəyişib. İsrail dəyişdiyi üçün deyil. Bunun sonu gələcək, bu zaman məsələsidir”, – o deyib.

Mümkün bank məhdudiyyətlərindən danışan hökumət başçısı alternativ iqtisadi mexanizmlərin yaradılmasının zəruriliyini vurğulayıb.

“Başa düşmək lazımdır ki, sanksiyalar mümkündür. Bank sanksiyaları isə o deməkdir ki, onları yan keçməyə qadir alternativ iqtisadiyyat təşkil etmək lazımdır”, – Netanyahu qeyd edib.

Bu kontekstdə o bu cür məhdudiyyətləri yan keçməyə imkan verən valyutaları, o cümlədən blokçeyn əsaslı kriptovalyutaları qeyd edib.

Baş nazirin sözlərinə görə, blokçeyn İsrailin mümkün sanksiyaları yan keçmək üçün nəzərdən keçirdiyi variantlardan biridir. O əlavə edib ki, artıq müvafiq planın hazırlanmasını tapşırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑