İqtisadiyyat · Banker.az

Manatın gələn il üçün məzənnəsi açıqlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Manatın gələn il üçün məzənnəsi açıqlanıb xəbəri üçün şəkil

Manatın gələn il üçün məzənnəsi açıqlanıb.

Bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

Nazir qeyd edib ki, növbəti il üçün xam neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb.

“Əlbəttə ki, bugünkü geosiyasi vəziyyəti qiymətləndirdikdə, böyük ehtimalla neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük. Lakin fiskal çərçivənin qorunması, ortamüddətli dövr üzrə vahid fiskal intizamın və proqnozlaşdırmanın tətbiqi üçün biz konservativ yanaşma ilə 65 dollar proqnozunu rəhbər tutmuşuq”, – nazir deyib.

O bildirib ki, manatın məzənnəsi 1,7 manat məbləğində müəyyən edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑