Dünya · Banker.az

İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib xəbəri üçün şəkil

Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcək.

Dövlət başçısı bunu “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Prezident Donald Tramp 8 avqust 2025-ci ildə təşkil etdiyi Vaşinqton sülh sammitində Azərbaycanla Ermənistan arasında sülhün təşviqində tarixi rol oynadı. Onun sülh prosesinə verdiyi mühüm töhfənin tanınması məqsədilə mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərib.

Biz Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi tarixi səylərin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə səmimi qəlbdən ümid edirik”, – paylaşımda deyilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑