İqtisadiyyat · Banker.az

Bu sürücülərə avtomobil sığortasında 5 faiz güzəşt ediləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu sürücülərə avtomobil sığortasında 5 faiz güzəşt ediləcək xəbəri üçün şəkil

Avtomobil sahibləri sığorta tarixçəsinə görə icbari sığorta haqqından hər dəfə 5 faiz güzəşt əldə edə bilərlər.

Banker.az xəbər verir ki, bunun üçün sonuncu dəyişiklikdən sonra onların təqsiri üzündən sığorta ödənişi ilə nəticələnən hadisə baş verməməli və sığortalı olduqları günlərin sayı 275-i keçməlidir.

Belə ki, sığorta tarixçəsi əmsalına güzəşt tətbiq edilməsi üçün iki şərt eyni vaxtda mövcud olmalıdır.

Sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklikdən sonra fiziki şəxsin təqsiri üzündən baş vermiş və sığorta ödənişi həyata keçirilmiş heç bir sığorta hadisəsi olmamalıdır. Bundan əlavə, həmin dəyişiklikdən etibarən sığortalı olduğu günlərin sayı 275-dən çox olmalıdır.

Avtomobilini taksi kimi istifadə edən hüquqi şəxslər üçün isə qəza ilə bağlı şərt sürücüyə münasibətdə tətbiq edilir. Yəni sonuncu dəyişiklikdən sonra sürücünün təqsiri üzündən sığorta ödənişi həyata keçirilmiş hadisə baş verməməlidir.

Hər iki şərt yerinə yetirildikdə, qüvvədə olan icbari sığorta müqavilələrinin sayından asılı olmayaraq, sığorta tarixçəsi əmsalına hər dəfə 5 faiz güzəşt tətbiq edilir.

Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, avtomobilin taksi kimi sərnişindaşımada istifadə edilməsi istisna olmaqla, sığorta tarixçəsi əmsalı 1-ə bərabər müəyyən edilir və bu əmsala güzəşt və ya əlavə tətbiq olunmur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑