İqtisadiyyat · Banker.az

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi xəbəri üçün şəkil

®“Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir” – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb.

Bank of Baku-nun təşəbbüsü,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 26 oktyabr tarixində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası baş tutub.

Bankın rəhbər şəxslərinin və əməkdaşlarının iştirak etdiyi aksiyada Bakı-Abşeron bölgəsinin torpaq-iqlim şəraitinə uyğun 100 ədəd Eldar şamı və zeytun ağacları əkilib.

Bank of Baku-nun hər il ənənəvi olaraq reallaşdırdığı bu aksiyanın məqsədi ölkəmizdə aparılan yaşıllaşdırma işlərinə töhfə vermək, ekoloji məsuliyyət və təbiətə qayğı mədəniyyətinin təşviqinə dəstək olmaqdır.

“Təbiətə Yaxın Bankçılıq” şüarını özünün əsas mesajlarından birinə çevirən Bank gələcəkdə də ekoloji maarifləndirməyə, ətraf mühitin qorunmasına və dayanıqlı gələcəyə xidmət edən sosial məsuliyyət layihələrini davam etdirməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, Bank of Baku ağacəkmə aksiyaları ilə yanaşı, Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi aksiyalarını da təşkil edib.

Bank of Baku dan novbəti agacəkmə aksiyasini təskil etdi 2Bank of Baku dan novbəti agacəkmə aksiyasini təskil etdi 3Bank of Baku dan novbəti agacəkmə aksiyasini təskil etdi 4Bank of Baku dan novbəti agacəkmə aksiyasini təskil etdi 5Bank of Baku dan novbəti agacəkmə aksiyasini təskil etdi 6Bank of Baku dan novbəti agacəkmə aksiyasini təskil etdi 7Bank of Baku dan novbəti agacəkmə aksiyasini təskil etdi 8Bank of Baku dan novbəti agacəkmə aksiyasini təskil etdi 9 1

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑