İqtisadiyyat · AZƏRTAC

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK xəbəri üçün şəkil

Bakı, 27 oktyabr,

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı illik müqayisədə 3,9 faiz artaraq 5,3 min kvadratmetr təşkil edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu ilin doqquz ayında Azərbaycandan xarici bazarlara 252,58 min dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 dəfə çoxdur.

Ölkəyə idxal edilən xalça və digər toxunma döşəmə örtüklərinin dəyəri isə illik müqayisədə 2,7 faiz azalaraq 14 milyon 664,75 min dollar təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2,5 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Həmin dövrdə Azərbaycandan 61,21 min dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib, idxal isə 15 milyon 72,4 min dollar təşkil edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑