İqtisadiyyat · Baku.ws

Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" xəbəri üçün şəkil

Azərbaycan təbii qazın beynəlxalq bazarlara etibarlı çatdırılmasını və ixrac marşrutlarının şaxələndirilməsini enerji təhlükəsizliyinə töhfəsinin əsas istiqamətləri kimi qiymətləndirir.

BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında yazıb.

O, Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci Sammitində təbii qazın qlobal enerji təhlükəsizliyində artan rolunu, etibarlı təchizatın, uzunmüddətli investisiyaların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nazir Azərbaycanın 16 ölkəyə qaz tədarük etdiyini, ixrac marşrutlarının şaxələndirilməsi və etibarlı tərəfdaşlıqların inkişafı ilə enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑