“Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının
CƏDVƏLİ
Vəzifələrin adları
Aylıq vəzifə maaşları
Siyahıyaalma qrupunun rəhbəri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının təminedici şöbə müdirinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində Siyahıyaalma qrupu rəhbərinin müavini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının təminedici şöbə müdirinin müavininin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində Rayon (şəhər) statistika idarələri (şöbələri) üçün siyahıyaalma qrupununnümayəndələri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq şəhər, rayon və şəhər rayonunun statistika idarəsinin (şöbəsinin) rəisinin aylıq vəzifə maaşının 70 faizisəviyyəsində
İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının təminedici sektor müdirinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində Baş iqtisadçı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının baş məsləhətçisinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində Aparıcı iqtisadçı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının aparıcı məsləhətçisinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində İqtisadçı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının məsləhətçisinin aylıq vəzifə maaşının 70 faizisəviyyəsində
Qeyd. Bu əlavədə istinad edilən dövlət qulluğu vəzifələri üzrə aylıq vəzifə maaşlarının hesablanması zamanı həmin vəzifələr üçün qanunvericiliklə müəyyən edilmiş baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) əsas götürülür.




