Ölkə · Banker.az

Azərbaycanda səhiyyə işçilərinin 78 faizi, tikintidə çalışanların isə 9 faizi qadındır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda səhiyyə işçilərinin 78 faizi, tikintidə çalışanların isə 9 faizi qadındır xəbəri üçün şəkil

Azərbaycanda muzdla çalışan işçilərin qadın və kişi bölgüsü iqtisadiyyatın sahələri üzrə kəskin fərqlənir. Təhsil və səhiyyədə qadınlar üstünlük təşkil etdiyi halda, tikinti, energetika və mədənçıxarma sektorlarında kişilərin payı daha yüksəkdir.

Banker.az saytının verdiyi məlumata görə, 2026-cı il yanvarın 1-nə səhiyyə və sosial xidmətlər sahəsində muzdla çalışanların 78,3 faizini qadınlar təşkil edib. Bu sektorda 121 449 qadın və 33 574 kişi çalışıb.

Təhsil sektorunda isə qadınların sayı 244 379 nəfər, kişilərin sayı 82 149 nəfər olub. Beləliklə, təhsil işçilərinin 74,8 faizi qadınların payına düşüb. İstirahət, əyləncə və incəsənət sahəsində də qadınlar çoxluq təşkil edərək işçilərin 60,5 faizinə sahib olublar.

Bunun əksinə olaraq, tikinti sektorunda qadınların payı cəmi 9,3 faiz təşkil edib. Elektrik enerjisi, qaz və buxar istehsalı və təchizatı sahəsində göstərici 10,9 faiz, mədənçıxarma sənayesində 12,6 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 17,3 faiz olub.

Maliyyə və sığorta sektorunda qadınların payı 39 faiz, informasiya və rabitədə 31,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində isə 30,5 faiz təşkil edib.

Ümumilikdə ölkədə muzdla çalışan 1 milyon 811,6 min işçinin 754,6 mini qadın, 1 milyon 57 mini isə kişi olub. Beləliklə, muzdlu işçilərin 41,7 faizini qadınlar, 58,3 faizini kişilər təşkil edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑