Ölkə · Ölkə.az

Bakı-Xırdalan qatarının hərəkətində fasilə yarandı, bəzi sərnişinlərin halı pisləşdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakı-Xırdalan qatarının hərəkətində fasilə yarandı, bəzi sərnişinlərin halı pisləşdi xəbəri üçün şəkil

Bu barədə Ölkə.az-a məlumat daxil olub.

Bildirilib ki, Bakı-Xırdalan qatarı Dərnəgül stansiyasında təxminən 30 dəqiqədir dayanıb və hərəkəti bərpa olunmayıb.

İlkin məlumata görə, sərnişinlərin əksəriyyəti qatardan düşərək metronun "Dərnəgül" stansiyasına üz tutublar. Bəzi sərnişinlərin isə halının pisləşdiyi bildirilir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qatarın dayanmasına səbəb elektrik təchizatında gərginliyin olmamasıdır.

"Bu gün saat 19 radələrində "Dərnəgül" dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün qatarlardan birinin hərəkətində gecikmə qeydə alınıb.

Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə tədbirlər görülür", - məlumatda qeyd olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑