“AQRO” Kooperativi yenidən təşkil olunaraq “Kazımoğlu AQRO” MMC-yə çevrilir.
Banker.az xəbər verir ki, bununla bağlı kreditorlara elan verilib.
Bildirilib ki, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, ev 76 ünvanına təqdim edə bilərlər.
“AQRO” Kooperativinin nizamnamə kapitalı isə 100 AZN təşkil edir. Müəssisənin qanuni təmsilçisi Kazım Əliyev Oruc oğludur.


