İqtisadiyyat · Banker.az

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək xəbəri üçün şəkil

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq.

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icrası zamanı məlumat mübadiləsini nəzərdə tutan sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Yeni razılaşmaya əsasən, Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti Azərbaycanda yaşayan və ya əmlakı olan, barəsində icra icraatı aparılan Rusiya vətəndaşları haqqında müvafiq dövlət qurumlarından məlumat tələb edə biləcək.

Məlumat mübadiləsi vətəndaşların iş yeri, rəsmi gəlirləri, bank hesabları, daşınmaz əmlakı, avtomobilləri, şirkətlərdəki payları və digər aktivlərini əhatə edəcək.

Saziş qarşılıqlı xarakter daşıyır. Bu isə Azərbaycan tərəfinin də müvafiq icra işləri çərçivəsində Rusiyadan məlumat tələb edə bilməsini nəzərdə tutur.

Qeyd edək ki, sənəd 2025-ci il mayın 13-də Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb.

Putinin noyabrın 2-də imzaladığı qanunla Rusiya həmin sazişi ratifikasiya edib.

Sazişin əsas məqsədi məhkəmə qərarlarının və digər səlahiyyətli orqanların aktlarının icrası zamanı borcluların əmlak və gəlirlərinin müəyyənləşdirilməsi, dövlətlər arasında hüquqi əməkdaşlığın gücləndirilməsidir.

Məlumat mübadiləsi bütün vətəndaşlara avtomatik şamil edilməyəcək. Sorğular müvafiq icra icraatları çərçivəsində göndəriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑