İqtisadiyyat · Banker.az

ABŞ milyarderinin konsorsiumu "Lukoyl"un xarici səhmlərini almağa hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ milyarderinin konsorsiumu "Lukoyl"un xarici səhmlərini almağa hazırlaşır xəbəri üçün şəkil

ABŞ milyarderi Todd Boulinin rəhbərlik etdiyi konsorsium “Lukoyl”un beynəlxalq aktivlərini əldə etməyə hazırlaşır.

Bu barədə “Reuters” danışıqların gedişatı barədə məlumatlı olan mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, sövdələşmə yaxın həftələrdə baş tuta bilər. Plan qərb investorlarına məxsus Rusiya şirkətinin dondurulmuş qiymətli kağızlarının onun xarici aktivləri ilə dəyişdirilməsini nəzərdə tutur. Bunun üçün konsorsium artıq təqribən Amerika və Britaniyanın 10 fondundan milyardlarla dollar dəyərində qiymətli kağız satın alıb.

Konsorsiuma sərmayədarlar, o cümlədən BƏƏ-nin “International Holding Company” və “Al Hail Holding” şirkətlərinin, Suriya-Qətər investorları, Mutaz və Ramez Əl-Xəyyat qardaşları, Amerikanın Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyası daxildir.

Daha əvvəl “Lukoyl”un Avropa, Yaxın Şərq və Afrikadakı yataqları, neft emalı zavodları və yanacaqdoldurma məntəqələrini özündə birləşdirən xarici portfeli 22 milyard dollar dəyərində qiymətləndirilib.

Təklif olunan sövdələşmə sxemi səhmlərin “Lukoyl”a birbaşa verilməsini istisna etmək üçün onların eskrou hesabında yerləşdirilməsini nəzərdə tutur. Bu şərt, əvvəlki təkliflərin ABŞ hakimiyyəti tərəfindən təsdiqlənməməsindən sonra müraciəti irəli sürməyə imkan verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑