İqtisadiyyat · Banker.az

Azərbaycanın maliyyə və sığorta sektoru 2,9 milyard manata yaxın əlavə dəyər yaradıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın maliyyə və sığorta sektoru 2,9 milyard manata yaxın əlavə dəyər yaradıb xəbəri üçün şəkil

Azərbaycanda maliyyə və sığorta sektorunda yaradılan əlavə dəyər 2025-ci ildə artıb. Bununla belə, sektorun nominal artım tempi informasiya və rabitə sahəsinin göstəricisindən aşağı olub.

Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə maliyyə və sığorta fəaliyyəti sahəsində 2 milyard 871,4 milyon manatlıq əlavə dəyər yaradılıb. 2024-cü ildə bu göstərici 2 milyard 730,4 milyon manat təşkil edirdi. Beləliklə, bir il ərzində nominal artım 141 milyon manat və ya 5,2 faiz olub.

İnformasiya və rabitə sektorunda isə yaradılan əlavə dəyər 2 milyard 442,7 milyon manatdan 2 milyard 668,6 milyon manata yüksəlib. Bu, 9,2 faiz artım deməkdir.

Müqayisə üçün, 2021-ci ildə maliyyə və sığorta sektorunda yaradılan əlavə dəyər 1 milyard 742,3 milyon manat, informasiya və rabitədə isə 1 milyard 644,1 milyon manat idi. Dörd il ərzində hər iki sektorun iqtisadi həcmi əhəmiyyətli dərəcədə genişlənib.

Əmək məhsuldarlığı baxımından isə maliyyə və sığorta sektoru informasiya və rabitəni üstələyib. 2025-ci ildə maliyyə və sığorta fəaliyyətində bir məşğul şəxsə düşən əlavə dəyər 67 min 245,9 manat olduğu halda, informasiya və rabitədə 43 min 963,8 manat təşkil edib.

Bununla belə, maliyyə və sığorta sektorunda bir məşğul şəxsə düşən nominal əlavə dəyər əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2024-cü ildə bu göstərici 68 min 949,5 manat idi. İnformasiya və rabitədə isə əmək məhsuldarlığının nominal göstəricisi 40 min 576,4 manatdan 43 min 963,8 manata yüksəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑