İqtisadiyyat · Baku.ws

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır xəbəri üçün şəkil

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mülkiyyətində olan qeyri-yaşayış sahələri və zirzəmilər hərraca çıxarılacaq. Əmlakların başlanğıc qiymətləri 1 milyon manatdan başlayır.

BAKU.WS-in məlumatına görə, hərrac 29 oktyabr 2026-cı il tarixində saat 10:00-da keçiriləcək.

Satışa çıxarılan əmlaklar Yasamal və Hövsan yaşayış komplekslərində yerləşir.

Siyahıda ümumilikdə 14 lot üzrə qeyri-yaşayış sahələri və onlara aid zirzəmilər yer alıb. Yasamal Yaşayış Kompleksinin birinci və ikinci mərhələlərində yerləşən obyektlərin lot üzrə başlanğıc qiymətləri 1 milyon 542 min manatdan 1 milyon 916 min 320 manatadək dəyişir.

Hövsan Yaşayış Kompleksindəki əmlakların lot üzrə başlanğıc qiymətləri isə 1 milyon 61 min 60 manatdan 1 milyon 226 min 739 manatadək müəyyən edilib.

Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən şəxslər ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətindən əldə edə bilərlər.

Lot № Layihə Bina Qeyri-yaşayış sahəsi (m²) Zirzəmi (m²) Lot üzrə başlanğıc qiyməti (AZN) Lot üzrə beh (AZN) 1 Yasamal, I mərhələ 6 461,80 500,60 1.843.700,00 184.370,00 2 Yasamal, I mərhələ 7 505,80 500,60 1.916.320,00 191.632,00 3 Yasamal, I mərhələ 11 431,40 500,60 1.758.580,00 175.858,00 4 Yasamal, I mərhələ 13 387,00 500,60 1.634.260,00 163.426,00 5 Yasamal, I mərhələ 18 390,00 500,60 1.720.660,00 172.066,00 6 Yasamal, II mərhələ 9 339,40 349,90 1.573.840,00 157.384,00 7 Yasamal, II mərhələ 18 337,60 348,60 1.633.680,00 163.368,00 8 Yasamal, II mərhələ 24 339,40 349,90 1.542.000,00 154.200,00 9 Hövsan, II mərhələ 6 310,40 347,20 1.061.120,00 106.112,00 10 Hövsan, II mərhələ 17 310,50 347,20 1.061.350,00 106.135,00 11 Hövsan, II mərhələ 18 310,50 347,20 1.061.350,00 106.135,00 12 Hövsan, II mərhələ 31 406,84 496,50 1.226.739,00 122.673,90 13 Hövsan, II mərhələ 38 406,84 496,50 1.226.739,00 122.673,90 14 Hövsan, II mərhələ 39 310,40 347,14 1.061.060,00 106.106,00
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑