Dünya · Baku.ws

Gürcüstan 101 əcnəbini ölkədən deportasiya edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gürcüstan 101 əcnəbini ölkədən deportasiya edib xəbəri üçün şəkil

Gürcüstanda son günlər ərzində 101 əcnəbi ölkədən deportasiya edilib. Onların arasında Azərbaycan vətəndaşları da var.

BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Əlcəzair, Belarus, Misir, İordaniya, Hindistan, Keniya, Çin, Kuba, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan və Filippin vətəndaşları da olub.

Məlumata görə, deportasiya olunan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Qeyd edək ki, Gürcüstanda qanunsuz miqrantlara qarşı mübarizə son dövrlər daha da gücləndirilib. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların yoxlanılması prosedurlarını sadələşdirib.

Gürcüstan DİN-in məlumatına əsasən, ilin əvvəlindən indiyədək ölkədən 3,6 mindən çox qanunsuz miqrant deportasiya olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑