Bu gün axşam Bakının Suraxanı rayonu ərazisində minik maşını yanıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, Əmircan qəsəbəsində hərəkətdə olarkən BMW markalı avtomobil qəfil alışıb və yanmağa başlayıb.
Hadisə yerinə birinci yetişən yol polisləri və digər polis əməkdaşlarının səyi nəticəsində alovun qarşısı alınıb və xəsarət alan olmayıb.





