Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva açıqlama verib.
Onun sözlərinə görə, sanksiyalardan sonra Latviya, Estoniya, Belçika və Niderland limanlarında ümumilikdə 262 min ton Rusiya gübrəsi saxlanılıb. Rusiya 2022-ci ildə bu məhsulları ehtiyacı olan ölkələrə, xüsusilə Afrika dövlətlərinə ödənişsiz verməyi təklif edib.
Yevstiqneyeva bildirib ki, sanksiyalara baxmayaraq, Rusiya Malavi, Keniya, Nigeriya, Zimbabve, Şri-Lanka və Banqladeşə 200 min tondan çox gübrə çatdıra bilib.





