Dünya · Baku.ws

ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib xəbəri üçün şəkil

ABŞ Maliyyə Nazirliyi Yunanıstan və Panamada ofisləri olan "Karnakis and Karnakis" hüquq şirkətinə İran məhsullarının beynəlxalq bazarlara tədarükünə kömək ehtimalına görə sanksiyalar tətbiq edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Amerika rəsmiləri şirkətin İran məhsullarının ixracına qanunsuz olaraq kömək etdiyini və bununla da Tehranın silahların hazırlanması, nüvə proqramının inkişafı üçün vəsait əldə etməsinə imkan yaratdığı iddiasındadırlar.

Hüquq şirkətindən əlavə, sanksiya siyahılarına onun fəaliyyəti ilə əlaqəli olduğu ehtimal edilən beş fiziki şəxs daxil edilib.

Məhdudiyyətlərin tətbiqi adıçəkilənlərin ABŞ ərazisindəki aktivlərinin dondurulmasını, Amerika vətəndaşlarına və şirkətlərinə isə onlarla maliyyə əməliyyatları aparmağın qadağan edilməsini nəzərdə tutur.

Eyni zamanda, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) noyabrın 20-dək "Karnakis and Karnakis"in iştirakı ilə əvvəllər başlanmış əqdlərin başa çatdırılması üçün zəruri olan əməliyyatların aparılmasına icazə verən ümumi lisenziya verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑