Çində, Tibetin şimalında 7 maqnitudalı zəlzələ baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkələr Mərkəzi (CENC) məlumat yayıb.
Mərkəzdən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:33-də qeydə alınıb. Zəlzələnin episentri Tibetin şimalındakı Naqçu şəhərində yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub.




