Dünya · Ölkə.az

Trampın prezidentliyinin 18 ayında 1 milyona yaxın miqrant ABŞ-dən qovulub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın prezidentliyinin 18 ayında 1 milyona yaxın miqrant ABŞ-dən qovulub xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, hesabatda deyilir: "Məlumatların təhlilinə əsasən, MPI 20 yanvar 2025-ci il və 31 iyul 2026-cı il tarixləri arasında Daxili Təhlükəsizlik Departamentinin, İmmiqrasiya və Gömrük Mühafizəsinin, eləcə də Gömrük və Sərhəd Xidmətinin təxminən 980.000 deportasiya aktı həyata keçirdiyi qənaətinə gəlib".

Qeyd olunur ki, "bunlar, vəzifəli şəxslərin xəbər təşkilatlarına və sosial mediada verdiyi qısa açıqlamalar istisna olmaqla, hazırkı Tramp administrasiyası dövründə deportasiyaların ümumi sayının ilk təxminləridir".

Deportasiyaların ümumi sayının üçdə ikisindən çoxu ABŞ sərhədini birbaşa keçməyə çalışan miqrantlarla bağlı olub. Qalan üçdə birinin 61%-i ölkədə ən azı iki il yaşayan sənədsiz miqrantlar, 15%-i isə ABŞ-dƏ 10 il və ya daha çox yaşamış şəxslərdir.

Qeyd edək ki, 2005-ci ilin yanvar ayının 20-da and içərək səlahiyyətlərinin icrasına başlayan Donad Tramp immiqrasiya siyasətinin güzəştsiz olacağını, Amerikanı qanunsuz miqrantların basqınından qoruyacağını, habelə ölkədən çox sayda mühaciri qovacağını vəd etmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑