TRIPP sülh sazişindən öncə işə düşəcək? - VİDEO
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh sazişi imzalanmadan TRIPP-in (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) fəaliyyətə başlaya biləcəyini istisna etməyib. O, layihənin sülh prosesinə töhfə verə biləcəyini də bildirib.
Bəs bu addım regiondakı siyasi proseslərə və geosiyasi güclər balansına necə təsir göstərə bilər? Ermənistanın bu yanaşması İrəvanın sülh prosesindəki prioritetlərinin dəyişdiyini göstərirmi?
"Bakupost" xəbər verir ki, Milli Məclisin deputatı Elçin Mirzəbəyli Baku TV-yə məsələ ilə bağlı açıqlamasında Ermənistan rəhbərliyinin bəyanatlarının ziddiyyətli olduğunu bildirib.
Onun sözlərinə görə, oktyabrın 21-də İrəvan dəmir yolu xəttinin çəkilişinin 18 ay, avtomobil yolunun tikintisinin isə 2027-ci ilin əvvəlinədək davam edəcəyini bildirmişdi. Bu baxımdan TRIPP marşrutunun hazırkı şəraitdə yenidən gündəmə gətirilməsi real amillərdən daha çox siyasi mülahizələr və müəyyən gözləntilərlə bağlı ola bilər.
Elçin Mirzəbəylinin sözlərinə görə, hüquqi baxımdan sülh müqaviləsi imzalanmadan da marşrutun fəaliyyətə başlaması mümkündür.
"TRIPP-in tikintisi Ermənistanın daxili prosesidir və ABŞ ilə imzalanmış müqavilə əsasında həyata keçirilir. Lakin Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı birləşdirən nəqliyyat bağlantısı olmadan bu layihə beynəlxalq əhəmiyyət daşımayan daxili yoldan ibarət olacaq.
Əgər söhbət marşrutun yalnız Ermənistan ərazisində hazır olmasından gedirsə, bəli, bu mümkündür və nəqliyyat vasitələri ölkə daxilində həmin yolla hərəkət edə bilər", - deyə deputat bildirib.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


