Dünya · Bakupost.az

“NASA”dan tarixi hədəf: İnsanlar 2028-ci ildə Aya qayıda bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“NASA”dan tarixi hədəf: İnsanlar 2028-ci ildə Aya qayıda bilər xəbəri üçün şəkil

“NASA” astronavtları 2028-ci ildə Ay səthinə endirmək məqsədilə “Artemis” proqramının planlarını dəyişib.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, 2027-ci ildə keçiriləcək “Artemis III” missiyası çərçivəsində “Orion” kosmik gəmisi ilə “SpaceX” və “Blue Origin” şirkətlərinin Ay eniş aparatları arasında birləşmə sınaqları aparılacaq.
“SpaceX”in planında kosmosda yanacaq doldurulması ilə bağlı qeyri-müəyyənliklər qalır. “NASA” mütəxəssisləri bunun üçün təxminən 22 əlavə uçuşun lazım ola biləcəyini bildirsələr də, Elon Musk 6–8 uçuşun kifayət edəcəyini düşünür.
“Blue Origin” isə Ay eniş aparatını hazırlamaq üçün “New Glenn” raketi ilə dörd buraxılış həyata keçirməyi planlaşdırır.
“NASA” 2028-ci ildə “Artemis IV” missiyası ilə astronavtları Ayın cənub qütbü yaxınlığında endirməyi hədəfləyir. Missiya uğurlu olarsa, 1972-ci ildən sonra insanlar ilk dəfə Ay səthinə qayıdacaqlar.
Vüsalə Hüseynova,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑