Dünya · Bakupost.az

NƏHƏNG İXTİRA: İnsanların görə bilmədiyi ağır işləri o edəcək - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
NƏHƏNG İXTİRA: İnsanların görə bilmədiyi ağır işləri o edəcək - VİDEO xəbəri üçün şəkil

Çində hündürlüyü təxminən 4 metr, çəkisi isə 1,2 ton olan nəhəng insanabənzər robot təqdim olunub.


"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni robot hər iki əlindən eyni vaxtda istifadə etməklə 500 kiloqrama qədər yük qaldıra bilir. Robototexnika sahəsinin mütəxəssisləri tərəfindən hazırlanan humanoid ağır və təhlükəli şəraitdə işləmək üçün nəzərdə tutulub. Belə mühitlərdə insanların fəaliyyəti onların həyatı üçün risk yarada bilər.

Robotun sənaye istehsalında, müxtəlif qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, eləcə də mürəkkəb infrastruktura malik obyektlərə xidmət göstərilməsində istifadə olunması planlaşdırılır.
Qurğunun texniki xüsusiyyətləri ona ağır yüklərlə işləməyə və adi mexanizmlər, eləcə də insanlar üçün çətin olan əmək tutumlu əməliyyatları yerinə yetirməyə imkan verir.
Mühəndislər robotun sənaye sahələrində real iş şəraitində nə dərəcədə səmərəli olduğunu qiymətləndirmək üçün onun imkanlarını sınaqdan keçirməyə davam edirlər.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑